Azərbaycanlı gəncləri səudiyyəli yaşıdlarının əlindən Rüfət qurtardı

12 Fevral 2023 02:10 Milli komanda 668
Azərbaycanlı gəncləri səudiyyəli yaşıdlarının əlindən Rüfət qurtardı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını yekunlaşdıran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanının U-18 komandasına qarşı oyun 1:1 hesabı ilə nəticələnib.

Millimizin heyətində 90-cı dəqiqədə Rüfət Abbasov fərqlənib.

Xatırladaq ki, bu komandalar arasında fevralın 8-də keçirilən ilk qarşılaşma 2:2 hesabı ilə nəticələnmişdi. Millimiz daha əvvəl isə Tacikistanın U-20 yığmasına 1:2 hesabı ilə məğlub olmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti