Avstriyanın formasını geyinən Kərimdən millimizə mesaj: "İstəyirik ki…"

11 Fevral 2023 01:00 Milli komanda 1 977
Avstriyanın formasını geyinən Kərimdən millimizə mesaj: "İstəyirik ki…"

"Hər oyunda qalib gəlmək istəyirik, məşqçilər heyəti də bunu hədəfləyir".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan Avstriyanın futbolçusu Kərim Onisivo F qrupundakı şansları barədə yerli mətbuata açıqlamasında deyib.

Almaniyanın "Maynts" klubunda çıxış edən 31 yaşlı hücumçu bildirib ki, İtaliya ilə yoldaşlıq oyunundakı 2:0 hesablı qələbə onların nəyə qadir olduğunu göstərib:

"Bu, tamaşaçılar üçün də cəlbedici oldu. Onlar yenidən stadiona getməyə başlayıblar. Gələcəyə nikbin baxıram.

Çünki Ralf Ranqnik kimi baş məşqçimiz var. Onun oyun sistemi məni ruhlandırır".

Azərbaycan millisi F qrupunda ilk oyununu martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti