Yığmamız əvvəl taciklərlə, sonra Səudiyyə Ərəbistanı ilə bacarmadı

9 Fevral 2023 02:10 Milli komanda 498
Yığmamız əvvəl taciklərlə, sonra Səudiyyə Ərəbistanı ilə bacarmadı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanının U-18 komandası ilə qarşılaşma 2:2 hesabı ilə nəticələnib.

Millimizin qollarını 5-ci dəqiqədə Murad Məmmədov və 90-cı dəqiqədə penaltidən Sadiq Şəfiyev vurub. U-19 eyni rəqiblə fevralın 11-də növbəti dəfə üz-üzə gələcək.

yığmamız toplanış çərçivəsində iki gün əvvəl Tacikistanın U-20 yığmasına 1:2 uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti