Azərbaycanı güclü rəqib adlandırdı - Yeni baş məşqçi

9 Fevral 2023 09:00 Milli komanda 783
Azərbaycanı güclü rəqib adlandırdı - Yeni baş məşqçi

Belçikanın yeni baş məşqçisi Domeniko Tedesko Azərbaycan millisini güclü rəqib adlandırıb.

Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis bunu RTBF-ə açıqlamasında 2024-cü il Avropa çempionatının seçmə mərhələsində qarşılaşacaqları komandalar barədə danışarkən deyib.

O bildirib ki, ilk hədəf final mərhələsinə vəsiqə qazanmaqdır: "Asan olmayacağını bilmirəm. Çünki çox güclü rəqiblərlə qarşılaşmalıyıq. Lakin əla komandamız var. İnanıram ki, biz bunu bacaracağıq".

İtaliyalı baş məşqçi "qırmızı şeytanlar"la AVRO-2024-ün sonuna qədər müqavilə imzalayıb.

Azərbaycan millisi seçmə mərhələnin F qrupunda Belçika yığması ilə sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti