
Fevralın 12-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
Sportinfo.az xəbər verir ki, səhhəti ilə əlaqədar “Turan Tovuz”dan Hüseyn Hüseynov heyətdən çıxarılıb.
Onun əvəzinə “Qəbələ”dən Okan Təhməzli hazırlıq prossesinə cəlb olunub.