“Azərbaycanla oyunda dönüş etmək istəyirəm – Bu, mənim arzumdur”

1 Fevral 2023 23:20 Milli komanda 379
“Azərbaycanla oyunda dönüş etmək istəyirəm – Bu, mənim arzumdur”

“AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycanla ilk oyununda heyətdə yer alaraq, dönüş etmək istəyirəm”.

Sportinfo.az xəbər verir ki, bunu Avstriya millisinin futbolçusu Patrik Vimmer deyib.

22 yaşlı hücumameyilli oyunçu martda start götürəcək seçmə mərhələdə uğur qazanmaq iqtidarında olduqlarını bildirib:

“Ralf Ranqnik kimi çox yaxşı baş məşqçimiz var. O, futbolçu heyətinin imkanları ilə uğurlu iş görə bilər.

Fikrimcə, bu komanda qrupda istədiyi nəticəni qazanacaq gücdədir. Mən də yığma ilə davam etmək arzusundayam.

Ümid edirəm ki, martdakı matçlarda heyətdə yer alacağam”.

Patrik Vimmer Avstriya yığmasında yeganə oyununu 2022-ci ilin iyununda Danimarka ilə matçda keçirib.

AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda isə Avstriya ilə Azərbaycan seçmələri martın 24-də Linz şəhərində üz-üzə gələcəklər.

Digər Xəbərlər
Xəbər Lenti