Ayaz Quliyev Azərbaycan millisinə gəlir? - YENİ AÇIQLAMA

31 Yanvar 2023 16:00 Milli komanda 1 036
Ayaz Quliyev Azərbaycan millisinə gəlir? - YENİ AÇIQLAMA

Ayaz Quliyevin Azərbaycan millisində çıxış etməsi yolunda danışıqlar uzun müddətdir davam edir.

Bir müddət əvvəl mətbuata açıqlamasında futbolçu özü də AFFA ilə müzakirələrin davam etməsini səmimi etiraf etmişdi.

Qarşıdan AÇ-2024-ün seçmə mərhələ oyunları gəldiyindən federasiyanın tez bir zamanda məsələnin həllinə çalışdığı sirr deyil.

Maraqlıdır, bəs, məsələdə son durum necədir? Yaxın zamanda Quliyevlə bağlı müsbət xəbər ala bilərikmi?

Bütün bu suallara cavab tapmaq üçün ən doğru olanı AFFA ilə əlaqə saxlamağımız idi.

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla suallarımıza cavab olaraq bunları dedi:

“Ayaz Quliyevlə AFFA arasında gedən danışıqlar hazırda müzakirə mərhələsindədir. Onunla bağlı məsələdə konkret bir yenilik yoxdur”.

“Spartak” yetirməsi olan 25 yaşlı futbolçu “Anji”, “Rostov”, Arsenal” klublarında çıxış edib.

Hazırkı klubu “Ximki”yə bu ilin iyulunda Tula “Arsenal”ından keçib. Onun Rusiya Premyer Liqa klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti