AFFA millinin futbolçularına, görün, nə qədər pul paylayır!

24 Yanvar 2023 19:40 Milli komanda 1 025
AFFA millinin futbolçularına, görün, nə qədər pul paylayır!

Azərbaycan yığmasının futbolçuları tezliklə AFFA-dan pul alacaq.

Federasiya ötən ilin noyabrında keçirilən yoxlama oyunlarına görə vəd etdiyi mükafatı bu ayın sonunadək ödəyəcəyi barədə millinin üzvlərini məlumatlandırıb.

Söhbət Moldova və Şimali Makedoniya ilə səfərdə təşkil olunan matçlardan gedir.

Belə ki, Canni De Byazinin çalışdırdığı kollektiv bu qarşılaşmalarda müvafiq olaraq, 2:1 və 3:1 hesablı qələbəyə sevinib. AFFA bu münasibətlə komandanın əsas heyət üzvlərinə 10 min manat verməyi öz üzərinə götürüb.

Məlumat üçün bildirək ki, Millətlər Liqasının seçmə mərhələsinin son 3 turu millinin futbolçularını böyük məbləğdə irəli salıb.

C Liqasının 3-cü qrupunda yer alan yığmamız Slovakiyaya səfərdə, Belarus və Qazaxıstana evdə qalib gəlib. AFFA qeydə alınan qələbələrə görə üst-üstə 65 min manat mükafat paylamalı olub.

Bu məbləğin 25 mini slovaklarla, qalan hissəsi isə Bakıdakı oyunların payına düşüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti