"Azərbaycanla matçda hansı futbolçumuz yaxşı oynadı ki?"

21 Yanvar 2023 19:20 Milli komanda 602
"Azərbaycanla matçda hansı futbolçumuz yaxşı oynadı ki?"

“Aktobe”nin (Qazaxıstan) yarımmüdafiəçisi Bauırjan Baytana ölkəsinin mətbuatına açıqlama verib.

Sportinfo.az “vesti.kz” portalına istinadən xəbər verir ki, yarımmüdafiəçi Millətlər Liqasının qrup mərhələsinin Azərbaycana qarşı Bakıda keçirilən görüşünü xatırlayıb:

"Milliyə dəvət etmirlərsə, bunu Maqomed Adıyevdən soruşmaq lazımdır. Bununla bağlı onunla danışmamışıq.

Azərbaycanla oyuna gəlincə, razıyam ki, oyunun tempinə düşə bilmədim. Bəs həmin oyunda birinci hissədə hansı futbolçumuz yaxşı oynadı?

Beləsi yox idi. Tutaq ki, məni daha çox tanıyan və güvənən başqa məşqçi var idi, birinci hissədən sonra məni dəyişməzdi, daha 15-20 dəqiqə oynamağa icazə verərdi.

Bu etimad məsələsidir. Ancaq nə yaxşı ki, məşqçinin bu qərarı, zaman göstərdiyi kimi, doğru çıxdı".

Digər Xəbərlər
Xəbər Lenti