"Elə futbolçular lazımdır ki, bizə hörmət etsinlər"

19 Yanvar 2023 19:20 Milli komanda 477
"Elə futbolçular lazımdır ki, bizə hörmət etsinlər"

“Milliyə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün Ayaz Quliyevin özü ilə danışmalıyam”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Rusiyada - “Ximki”də çıxış edən Ayaz Quliyevin yığmaya çağırılması ehtimalını dəyərləndirərkən deyib.

İtaliyalı mütəxəssis “CBC Sport” kanalına açıqlamasında 27 yaşlı yarımmüdafiəçinin Azərbaycan millisində oynamaq istəyi ilə bağlı fikirlərini eşitdiyini söyləyib:

“Onun bu sözləri məni sevindirir. Elə futbolçular lazımdır ki, bizə hörmət etsinlər, yığmaya rəğbət göstərsinlər. Millinin formasını geyinənlər bu ada yaraşan futbolçular olmalıdır”.

Ayaz Quliyev Rusiyanın aşağı yaş qrupu üzrə yığmalarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti