
AFFA «Neftçi»nin keçmiş baş məşqçisi Füzuli Məmmədovun iş yerini dəyişib.
Federasiya 17 yaşlılardan ibarət yığmanı ona tapşırıb.
Yaxınlarda «Pro» kateqoriyası alan çalışdırıcı son ilyarımda U-15 və U-16-ya rəhbərlik edib.
Füzuli Məmmədov növbəti iş yerində Elxan Abdullayevi əvəzləyib. İkincinin də öz növbəsində U-18-ya təyinat almasını xatırladaq.
SPORTİNFO.AZ