Azərbaycan millisinin futbolçuları bir xəbərlə VARLANDI

16 Yanvar 2023 09:40 Milli komanda 1 517
Azərbaycan millisinin futbolçuları bir xəbərlə VARLANDI

Azərbaycan yığmasının futbolçularının aylardan bəri davam edən intizarı başa çatıb.

Nəhayət, AFFA onlara verdiyi vədi yerinə yetirib.

Belə ki, federasiya Millətlər Liqasının C Divizionunun 3-cü qrupunda çıxış edən komandanı qazandığı son üç qələbəyə görə mükafatlandırıb.

Slovakiyaya səfərdə (2:1), Belarus və Qazaxıstana evdə (müvafiq olaraq 2:1 və 3:0) qalib gələn kollektiv üzvləri 25 min manat əldə edib.

Mükafatın ödənilməsinin bu qədər yubanması AFFA-dan qaynaqlanır. SOCAR əsas sponsoru olduğu quruma bu məqsədlə əlavə vəsait ayırmayıb. Neft şirkəti federasiyaya tapşırıb ki, belə məsələləri daxili imkanları hesabına həll eləsin.

Öncəki illərdə vəziyyət belə deyildi. Rövnəq Abdullayev SOCAR-ın prezidenti olduğu müddətdə AFFA-nın bu tip çağırışlarına anında reaksiya verirdi.

Təbii ki, o, bunu öz cibinin puluna etmirdi. Şirkətin pulunu AFFA-ya köçürürdü. Keçən ilin əvvəlində SOCAR-dakı vəzifəsini itirəndən sonra federasiya əlavə yardım paketindən əlini üzüb.

Neft təşkilatının yeni rəhbərliyinin münasibəti tərqibən bucürdür: Rövnəq Abdullayev AFFA-ya başçılıq edirsə, zəhmət çəksin, millinin mükafatını bu dəfə şəxsi büdcəsindən ödəsin.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu