"Azərbaycan millisində oynasaydım, legioner sayılacaqdım və bu, məni narahat edirdi"

7 Yanvar 16:20 Milli komanda 485
"Azərbaycan millisində oynasaydım, legioner sayılacaqdım və bu, məni narahat edirdi"

"Bu fikir daim beynimdədir".

Sportinfo.az xəbər verir ki, bunu "Ximki"nin formasını geyinən Ayaz Quliyev deyib.

27 yaşlı yarımmüdafiəçi Azərbaycan millisinin formasını geyinməkdə heç vaxt imtina etmədiyini söyləyib:

"İlk dəfə Rusiya Premyer Liqasında oynamağa başlayanda mənə Azərbaycan millisində oynamaq təklif edilmişdi.

Amma həmin vaxt çempionatda limit var idi və legioner sayılacaqdım. Bu, məni narahat edirdi. İndi isə qaydalar fərqlidir, asanlaşıb. Ona görə də hər şey ola bilər".

Ayaz Quliyev Rusiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti