
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi 2020-ci ilin yayından bu yana rəhbərlik etdiyi yığmamızdakı işi ilə bağlı İtaliya mətbuatına danışıb.
Sportinfo.az "StadioSport.it"ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis millimizin AVRO-2024-ün seçmə mərhələsində çətin qrupda yer aldığını dilə gətirib:
"Əvvəlcə bəzi problemlər var idi. Çünki mentaliteti dəyişmək lazım gəldi.
Son matçların hamısında qalib gəlirik və ümid edirəm ki, belə davam edəcəyik. Biz AVRO-2024-ün seçmə mərhələsində Belçika, Avstriya və İsveç kimi rəqiblərlə eyni qrupdayıq.
Hansı ki, bu qrupdan çıxmaq demək olar mümkün deyil. Dördüncü səbətdən bu qrupa düşmüşük və yalnız Estoniya aşağı-yuxarı bizim səviyyəmizdir.
Qrup çox çətindir, amma əlimdə olan bütün şanslardan istifadə etməyincə heç vaxt təslim olmaram”.