"Gələcəkdə Azərbaycan millisində oynayacağımı istisna etmirəm”

6 Yanvar 2023 23:20 Milli komanda 933
"Gələcəkdə Azərbaycan millisində oynayacağımı istisna etmirəm”

"Azərbaycan millisində oynaya bilərəm".

Sportinfo.az xəbər verir ki, bunu "Ximki"nin futbolçusu Ayaz Quliyev "RB Sport"a müsahibəsində deyib.

27 yaşlı yarımmüdafiəçi bildirib ki, bunun üçün sadəcə, anlaşmaq və yığmada çıxış edəcəyinə dair razılıq vermək lazımdır:

"Gələcəkdə Rusiya yığmasında yox, bu məhz bu komandada oynayacağımı istisna etmirəm. Amma indi bu barədə 100% əminliklə danışmaq mümkün deyil.

Çünki özüm də dəqiq bilmirəm. Çünkikeçidimi birbaşa təfərrüatı ilə müzakirə etməyiblər, mənimlə şəxsən görüşməyiblər".

Ayaz Quliyev Rusiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!