
"Seçmə mərhələdə Belçika, Avstriya və İsveçin də yer aldığı çox çətin qrupda çıxış edəcəyik.
Dördüncü səbətdən gəlmişik, az-çox Estoniya bizim səviyyəmizdə yığmadır".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi 2024-cü il Avropa çempionatının seçmə mərhələsindəki rəqiblər barədə "stadiosport.it" saytına müsahibəsində deyib.
İtaliyalı mütəxəssis bildirib ki, çətin qrupa düşsələr də, sonadək mübarizə aparacaqlar:
"Əlimdə olan bütün şanslardan istifadə etmədən heç vaxt təslim olmuram".
Azərbaycan millisi seçmə mərhələdə ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.