"Başa düşürdüm ki, bu qədər top buraxmağa haqqım yoxdur - Bizi ət kimi sərt doğradılar"

5 Yanvar 2023 14:20 Milli komanda 651
"Başa düşürdüm ki, bu qədər top buraxmağa haqqım yoxdur - Bizi ət kimi sərt doğradılar"

"Başa düşürdüm ki, bu qədər top buraxmağa haqqım yoxdur. Orada bizi ət kimi sərt doğramışdılar”.

Sportinfo.az xəbər verir ki, bu sözlər Azərbaycan yığmasının sabiq qapıçısı Dmitri Kramarenkoya aiddir.

Azərbaycan millisi indiyədək bir neçə dəfə Portuqaliya ilə görüşüb ki, bu matçların hamısı tarixi əhəmiyyət kəsb edib. 1999-cu il martın 26-da təsadüf edən ilk görüş "Gimaraynş faciəsi"kimi yadda qalıb.

Avro-2000-nin seçmə mərhələsində Gimaraynş şəhərində biabır olan (0:7) Azərbaycan futbolçuları yarım il keçməmiş toparlanaraq, Bakıda Luiş Fiqu və komandasını qələbəyə həsrət qoymuşdular – 1:1.

Həmin oyundan 1 gün əvvəl 1999-cu il sentyabrın 3-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda tarixi hadisə yaşandı.

Matçın gedişində işıqların sönməsi futbolçuları soyunub-geyinmə otağına yolladı. Ertəsi gün isə Zaur Tağızadə rəqibi "işığını söndürdü".

Hesabı açan, oyunun sonlarında meydandan qovulan 20 yaşlı istedad bu qolla "Qızıl oğlan" adını qazandı. Portuqaliyalılar isə Luiş Fiqunun qolu ilə 1 xala son dəqiqələrdə sevindilər.

Kramarenko həmin qarşılaşmadan sonra Bakıdakı matçda uduzmamağı özünə söz verdiyini xatırlayıb:

“Özümə söz vermişdim ki, cavab görüşündə ən azı uduzmayacağıq. Bakıda onlara qarşı iki gün oynadıq.

İlk oyun günündə hesab 0:0 ikən stadionda işıqlar söndü. Nəticədə növbəti gün də oynamalı olduq və 1:1 hesablı heç-heçə etdik. Bu, böyük uğur idi".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"