Komandamız Qazaxıstan mətbuatının gözündə – Nə yazırlar?

30 Dekabr 2022 09:00 Milli komanda 539
Komandamız Qazaxıstan mətbuatının gözündə – Nə yazırlar?

Qazaxıstan mediası ilin idman məyusluqlarını qeyd edib.

Sportinfo.az “sports.kz” portalına istinadən xəbər verir ki, “top-8”ə Qazaxıstanın futbol komandasının UEFA Millətlər Liqasının C divizionunun son oyununda Azərbaycan yığmasına uduzması (0:3) daxil edilib.

Qazaxıstanlı həmkarlarımız məsələ haqda bu cür yazıb:

“Bəli, indi çox danışmaq olar ki, Qazaxıstan millisi UEFA Millətlər Liqasının C divizionunda Azərbaycan paytaxtında qrup mərhələsinin son oyununa öz qrupunda vaxtından əvvəl birinci yeri tutduğu üçün həvəssiz çıxmışdı.

Amma bütün bunlar bəhanə ola bilməz. Əslində, vaxtilə SSRİ-nin tərkibində olan ölkələr arasında futbol meydançalarında qarşıdurmalar çox fundamental xarakter daşıyır və kifayət qədər yüksək dəyəri var.

Bakıdakı 0:3 hesablı məğlubiyyət Azərbaycan yığmasına daha güclü olduğunu deməyə əsas verdi. Baxmayaraq ki, qazaxların qrupdakı yeri daha yüksəkdir".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!