Azərbaycan millisi: 2 qələbə, 2 pillə irəli - FIFA reytinqində

22 Dekabr 2022 17:00 Milli komanda 463
Azərbaycan millisi: 2 qələbə, 2 pillə irəli - FIFA reytinqində

Azərbaycan millisi FIFA reytinqində 2 pillə irəliləyib.

Sportinfo.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda hazırda 1151 xalla 121-ci sırada qərarlaşıb.

Buna yığmanın yoldaşlıq görüşlərində Moldovanı 2:1, Şimali Makedoniyanı isə 3:1 hesabı ilə məğlub etməsi səbəb olub.

Bir pillə irəliləyən Türkiyə seçməsi 1465 xalla 44-cü yeri tutub. 2022-ci ilin son reytinqində siyahıya 1840 xalla Braziliya başçılıq edir.

Aktivində 1838 xal olan son dünya çempionu Argentina yığması 2-ci pilləyə yüksəlib. DÇ-2022-nin finalçısı Fransa seçməsi isə 1823 xalla üçüncüdür.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"