SOCAR millinin futbolçularının qazancına MƏHDUDİYYƏT QOYDU

18 Dekabr 2022 20:20 Milli komanda 1 486
SOCAR millinin futbolçularının qazancına MƏHDUDİYYƏT QOYDU

Azərbaycan millisi martda AVRO-2024-ün seçmə mərhələsinə start verəcək.

F qrupunda yer alan komandamız Avstriya, Belçika, İsveç və Estoniya ilə mübarizə aparacaq.

Yığmamızın burada əldə edəcəyi nəticələrə görə alacağı mükafat artıq məlumdur. Belə ki, SOCAR qazanılacaq hər qələbəyə görə futbolçulara maksimum 12-15 min manat mükafat verəcək.

Heç-heçə milli üzvlərinə 5000-75000 manat qazandıracaq.

Rəqəmlərdən göründüyü kimi, neft şirkəti ölkənin əsas komandası üçün AFFA-ya ayırdığı büdcəni azaldıb.

Öncəki illərdə yığmanın oyunçuları bundan dəfələrlə çox mükafat alırdı. Hətta elə oyunlar olub ki, hər futbolçuya 60-80 min manat civarında «ənam» paylanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi