Özü Azərbaycanda, gözü Polşada: “Başıma çox şey gəlib, bir addım uzaqda idim"

16 Dekabr 2022 16:20 Milli komanda 362
Özü Azərbaycanda, gözü Polşada: “Başıma çox şey gəlib, bir addım uzaqda idim"

"Polşa millisindən bir addım uzaqda idim".

Sportinfo.az xəbər verir ki, bunu "WP SportoweFakty"ə açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Polşa yığmasında işləmək ehtimalı ilə bağlı danışarkən deyib.

66 yaşlı mütəxəssis Polşa Futbol Assosiasiyasının sabiq prezidenti Zbiqnev Boneklə əvvəl bir neçə dəfə danışıq apardığını xatırladıb:

"Həmişə birbaşa əlaqə saxlamışıq. Bu, heç vaxt vasitəçilərlə olmayıb. Danışıqların tarixlərini xatırlamıram.

Çünki o vaxtdan sonra mənim başıma çox şey gəlib. Digər federasiyalar və klublarla danışmışam. Amma dediyim kimi, bir neçə dəfə əlaqə saxlamışıq".

Yerli assosiasiya məsələyə qısa münasibət bildirib. Qurum son saatlarda belə siqnallar aldıqlarını vurğulayıb.

Canni De Byazi ilə yanaşı polşalı mütəxəssislər Maciej Skorża, Marek Papszun və ukraynalı Andrey Şevçenko da namizədlərdən hesab edilir.

PZPN müqavilə müddəti ilin sonuna qədər olan hazırkı baş məşqçi Çeslav Mixneviçlə yeni sözləşmə imzalanmayacağını açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı