Milli komandaların məşqçi və futbolçuları vergi ödəyicisi oldu – YENİ QƏRAR

16 Dekabr 2022 16:00 Milli komanda 775
Milli komandaların məşqçi və futbolçuları vergi ödəyicisi oldu – YENİ QƏRAR

AFFA bütün yaş qrupları üzrə yığma komandaların üzvlərini vergi ödəyicisi kimi ümumi sistemə daxil edib.

Bu barədə Sportinfo.az-a federasiyadan bildirilib.

Redaksiyamıza verilən informasiyaya görə, bu, qurumun baş sponsoru olan SOCAR-ın tələbi əsasında gerçəkləşdirilib.

Belə ki, neft şirkəti AFFA-ya ayırdığı büdcənin milli komandalar üçün nəzərdə tutulan hissəsinin vergiyə cəlb olunmasını tapşırıb.

Buna əsasən, bütün məşqçi və futbolçuların, həmçinin işçilərin aldıqları qonorar ilə mükafatdan 14-17 faiz arasında vergi tutulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti