De Byazi indi də bu ölkənin millisinin baş məşqçisi olmaq istəyir

14 Dekabr 2022 13:20 Milli komanda 451
De Byazi indi də bu ölkənin millisinin baş məşqçisi olmaq istəyir

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Polşa yığmasını çalışdırmaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sport.pl” saytı məlumat yayıb.

Bildirilib ki, italiyalı mütəxəssis özü namizədliyini Polşa Futbol Assosiasiyasına (PZPN) təklif edib.

PZPN müqavilə müddəti ilin sonuna qədər olan hazırkı çalışdırıcı Çeslav Mixneviçlə yeni sözləşmə imzalanmayacağını açıqlayıb.

De Byazi isə AFFA ilə anlaşmasını 2023-cü ilin noyabrına qədər uzatmasına baxmayaraq, Polşa yığmasının sükanı arxasına keçməkdə maraqlıdır.

2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edən Canni De Byazi 2018-ci ildə Polşa yığmasını çalışdırmaq təklifi alsa da, PZPN-in həmin vaxtkı prezidenti Zbiqnyev Bonek son anda qərarını dəyişib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!