Azərbaycan yığmasının sabiq qapıçısı o hadisəni necə xatırladı?

9 Dekabr 2022 17:20 Milli komanda 805
Azərbaycan yığmasının sabiq qapıçısı o hadisəni necə xatırladı?

"Həmin matçda qalib gəldik, təəssüratlarım yaxşıdır".

Sportinfo.az xəbər verir ki, bu açıqlamanı Azərbaycan yığmasının sabiq qapıçısı Dmitri Kramarenko verib.

O, millimizin 2004-cü ildə Qazaxıstanı 3:2 hesabı ilə məğlub etdiyi yoldaşlıq oyununu xatırlayıb:

"Stadion dolu idi. Almatıda Qazaxıstan komandası azarkeşlərindən çox dəstək aldı. Səhv etmirəmsə, 2:1 hesabı ilə öndə idik.

Rəqib hesabı bərabərləşdirdi və daha sonra 3:2 oldu. Görüşün bitməsinə az qalmış qələbəni qopara bildik.

Yadımdadır, həmin vaxt Qazaxıstan yığmasında kifayət qədər bacarıqlı oyunçular var idi. Biz qələbə qazanmağı bacardıq, bu, çox sevindirici idi. Dolu tribunalar önündə qalib gəlmək xoşdur".

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu