Azərbaycan millisinin İsveçlə oyununun yeri, günü, saatı

7 Dekabr 2022 19:20 Milli komanda 537
Azərbaycan millisinin İsveçlə oyununun yeri, günü, saatı

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində İsveçə qarşı keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, qarşılaşma 2023-cü il martın 27-də Solna şəhərindəki “Friends Arena”da keçiriləcək.

Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Avropa çempionatının seçmə mərhələsinin F qrupunda yer alan Azərbaycan millisi ilk oyununu martın 24-də Avstriya ilə səfərdə keçirəcək.

Canni de Byazinin yetirmələrinin bu qrupdakı digər rəqibləri Belçika və Estoniya olacaq.

Digər Xəbərlər
Xəbər Lenti