AFFA millinin futbolçularından MÖHLƏT İSTƏDİ

3 Dekabr 2022 20:00 Milli komanda 860
AFFA millinin futbolçularından MÖHLƏT İSTƏDİ

AFFA millinin 5 oyununa görə vəd etdiyi mükafatı hələ ödəməyib.

Ardıcıl 5-ci qalibiyyət yığma tarixində yeni rekorddur.

Şimali Makedoniya ilə yoldaşlıq görüşündə (3:1) yığmamız ardıcıl qələbə sayındakı rekordunu təzələyib.

Canni de Byazinin komandası ondan 4 gün əvvəl Moldova səfərində (2:1) ardıcıl 4-cü uğurlu göstəricisini əldə etmişdi.

Ona qədər də Millətlər Liqasında Belarus (2:0), Slovakiya (2:1) və Qazaxıstanı (3:0) üstələyən millimiz Skopyedəki 3:1 hesablı qələbə sayəsində mütləq rekorda imza atıb.

Azərbaycan yığması sonuncu dəfə iyunun 10-da Millətlər Liqası çərçivəsində Slovakiya ilə ev matçında (0:1) uduzub.

AFFA futbolçulardan möhlət istəyib. Mükafatlarını tələb edən kollektiv üzvlərinə bildirilib ki, bu ilin sonunadək ödəmələrin həyata keçirlməsi planlaşdırılır.

Qurum büdcədə vəsait çatışmazlığının olmasını əsas gətirib.

Problem SOCAR-ın diqqətindədir. Neft şirkəti baş sponsoru olduğu AFFA-ya bu məsələdə köməklik göstərməkdən imtina edib.

Diqqətə çatdırılıb ki, millinin mükafatını Rövnəq Abdullayev ödəməlidir, çünki federasiyanın prezidenti odur.

Bu ilin əvvəlində SOCAR-ın rəhbərliyindən gedən R.Abdullayevin isə təqribən 600-650 min manat civarında olan mükafatı komandaya ödəmək iqtidarında deyil.

Hər halda futbolçuların narazılığı barədə məlumat ona çatdırılıb, lakin heç bir tədbir görülməyib. Ümumiyyətlə, Abdullayev SOCAR-dan gedəndən bəri AFFA-nın fəaliyyəti ilə əlaqəli işlərə demək olar reaksiya vermir.

Bura nə gəlir, nə də gedir. Proseslərə qarışmır. Pulla bağlı mövzulardan tamamən uzaqlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"