Milli "Qarabağ"ı məğlub etdi

1 Dekabr 2022 03:00 Milli komanda 2 565
Milli "Qarabağ"ı məğlub etdi

Bakıda təlim-məşq toplanışını başa vuran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın U-17 komandasına qarşı keçirilmiş qarşılaşma 3:0 hesabı ilə millimizin xeyrinə başa çatıb.

U-16-nın qollarını Əli Qurbanov, Ziya Şəkərxanov və Ümid Səlimov vurub.

U-16 əvvəlki oyunlarda “Neftçi”nin U-17 komandasını 1:0 məğlub etmişdi, “Sabah”ın U-17 komandası ilə isə 1:1 hesablı heç-heçə oynamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!
25 Noyabr 09:00 "Neftçi"dən yeni satış