Rəşad Sadıqov və ondan sonra gələnlər… Millimizin DÇ “11-liy”i

28 Noyabr 2022 09:00 Milli komanda 607
Rəşad Sadıqov və ondan sonra gələnlər… Millimizin DÇ “11-liy”i

Qətərdə 8 gündür dünya çempionatı başlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi heç vaxt mundialda oynamasa da, DÇ-1998-dən seçmə mərhələlərin iştirakçısıdır.

Yığmamızın bu görüşlərdə ən çox oyun keçirən futbolçusu Rəşad Sadıqovdur.

Sabiq “14 nömrə”nin hesabında 31 matç var. Mahir Şükürovun ikinci olduğu siyahıda “üçlüy”ü Kamran Ağayev qapayır.

11 futbolçu ən azı 15 seçmə oyununa çıxıb. Onlardan üçü karyerasını davam etdirir. Bu oyunçular Maksim Medvedev, Qara Qarayev və Ramil Şeydayevdir.

1. Rəşad Sadıqov - 31
2. Mahir Şükürov - 26
3. Kamran Ağayev - 25
4. Maksim Medvedev - 22
5-6. Qara Qarayev - 19
Rahid Əmirquliyev - 19
7. Qurban Qurbanov - 18
8-9. Mahmud Qurbanov - 16
Ramil Şeydayev - 16
10-11. Emin Ağayev - 15
Cavid Hüseynov - 15

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər