Azərbaycan millisinin 20 yaşlı hücumçudan gördüyü - 71

28 Noyabr 2022 01:20 Milli komanda 1 214
Azərbaycan millisinin 20 yaşlı hücumçudan gördüyü - 71

Musa Qurbanlı Azərbaycan millisində qol hesabını açıb.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Şimali Makedoniya ilə yoldaşlıq görüşündə fərqlənib.

Skopyedəki matçda 20 yaşlı forvard özünün yığmadakı 5-ci oyununda ilk qolunu vurub.

Musa yığma tarixinə qol sevinci yaşayan 71-ci oyunçu kimi düşüb. Bu görüşə qədər 70 futbolçumuz rəqib qapısına yol tapıb.

Şimali Makedoniya ilə qarşılaşmada millinin ilk qolunun müəllifi Elvin Cəfərquliyev də siftə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti