De Byazi azərbaycanlı futbolçulardan yalnız ONA GÜVƏNİR - İNANMIRSIZ?

27 Noyabr 2022 20:20 Milli komanda 1 166
De Byazi azərbaycanlı futbolçulardan yalnız ONA GÜVƏNİR - İNANMIRSIZ?

Azərbaycan millisi 2022-ci ili başa vurub.

Sportinfo.az xəbər verir ki, Canni de Byazinin yetirmələri il ərzində 10 oyun keçirib.

Millətlər Liqasında 6, yoldaşlıq görüşlərində 4 dəfə meydana çıxan yığmanın heyətində 34 futbolçu şans qazanıb. De Byazinin güvəndiyi bu oyunçulardan yalnız biri bütün görüşlərdə iştirak edib.

İl ərzində 10 dəfə milli forma geyinən Emin Mahmudov dəqiqə baxımından da liderdir. Üç futbolçu - Höccət Haqqverdi, Ramil Şeydayev və Renat Dadaşov hərəyə 9 dəfə meydana çıxıb.

34 oyunçudan 12-si matçların yarıdan çoxunda - ən azı 6 qarşılaşmada iştirak edib. Üç futbolçu isə yalnız bir dəfə şans qazanıb.

De Byazi bu il dörd debütanta güvənib. Ozan Can Kökçü, Bəxtiyar Həsənalızadə, Qismət Alıyev və Ceyhun Nuriyev ilk matçlarını 2022-ci ildə keçirib.

Komandamızın 12 qoluna 10 futbolçumuz imza atıb. 2022-ci iln yeganə bombardiri Ramil Şeydayev 2 qol vurub. Digərləri hərəyə bir dəfə fərqlənib.

Bir top isə rəqib avtoqolu ilə gerçəkləşib. Buna Qazaxıstan millisinin üzvü Sergey Maroşkin imza atıb.

Yığmanın üç oyunçusu qırmızı vərəqə alıb. Qara Qarayev, Höccət Haqqverdi və Qismət Alıyev belə cəza alıb. Qara daha iki sarı vərəqə ilə də cəzalanıb. Mahir Emreli və Eddi İsrafilov daha çox – 3 sarı vərəqə ilə cəzalanıb.

Millimiz bu il 5 qələbə qazanıb, 1 heç-heçə edib və 4 dəfə uduzub (apasport.az).

futbolçu

O

D

Q

SV

QV

Emin Mahmudov

10

799

1

1

0

Höccət Haqqverdi

9

795

1

1

1

Ramil Şeydayev

9

657

2

0

0

Renat Dadaşov

9

469

1

2

0

Şahrudin Məhəmmədliyev

8

720

-6

2

0

Bəhlul Mustafazadə

8

698

0

1

0

Eddi İsrafilov

8

627

0

3

0

Azər Salahlı

8

527

0

1

0

Riçard Almeyda

7

457

0

2

0

Aleksey İsayev

7

361

1

0

0

Mahir Emreli

7

307

1

3

0

Bədavi Hüseynov

6

400

0

0

0

Maksim Medvedev

5

376

0

0

0

Namik Ələskərov

5

88

0

1

0

Elvin Cəfərquliyev

4

309

1

0

0

Ozan Can Kökçü

4

221

0

0

0

Musa Qurbanlı

4

214

1

0

0

Qara Qarayev

4

170

0

3

1

Abbas Hüseynov

4

159

0

0

0

Toral Bayramov

4

136

0

0

0

Anatoli Nuriyev

4

56

1

0

0

Cəlal Hüseynov

3

270

0

1

0

Filip Ozobiç

3

182

1

0

0

Anton Krivotsyuk

3

143

0

0

0

Dmitri Nazarov

3

91

0

1

0

Elvin Camalov

3

62

0

0

0

Bəxtiyar Həsənalızadə

2

180

0

0

0

Səlahət Ağayev

2

180

-2

0

0

Coşqun Diniyev

2

48

0

1

0

Amin Seydiyev

2

29

0

1

0

Qismət Alıyev

2

29

0

1

1

Rüstəm Əhmədzadə

1

26

0

0

0

Ceyhun Nuriyev

1

22

0

0

0

Təmkin Xəlilzadə

1

11

0

0

0

Qeyd: O - oyun, D - dəqiqə, Q - qol, SV - sarı vərəqə, QV - qırmızı vərəqə

Digər Xəbərlər
Xəbər Lenti