3 ildən sonra bunu da gördük – De Byazi ilə daha bir ilk

25 Noyabr 2022 23:00 Milli komanda 793
3 ildən sonra bunu da gördük – De Byazi ilə daha bir ilk

Azərbaycan yığması ardıcıl 5-ci oyunda da qələbəyə sevindi.

Millətlər Liqasının son 3 matçında Belarus, Slovakiya və Qazaxıstanı məğlub edən ölkəmizin bir nömrəli futbol komandası bu dəfə yoldaşlıq görüşlərində Moldova və Şimali Makedoniyadan üstün oldu.

Bu, yığma tarixində ardıcıl 5 qələbə seriyalı ilk idi. Bu, tarixdə ilk dəfə makedonlar üzərində qələbə idi. Bu, tarixdə ilk dəfə ardıcıl 2 səfər qalibiyyəti idi.

Şimali Makedoniyanın məğlub edilməsi həm də Canni de Byazi üçün ilklə yadda qaldı. Azərbaycan yığması italyan çalışdırıcının rəhbərliyi altında ilk dəfə səfərdə 3 qola sevindi.

Səfərdə sonuncu belə məhsuldarlıq 2019-cu ilə təsadüf etmişdi. Komandaya həmin vaxt Nikola Yurçeviç başçılıq edirdi.

Milli 3 il əvvəl oktyabrın 9-da Bəhreyn milli stadionundakı yoldaşlıq görüşündə sözügedən ölkənin yığmasını 3:2 hesabı ilə udmuşdu.

2020-ci ilin payızından milliyə rəhbərlik edən De Byazi bu müddətdə komandanı 18 oyuna çıxarıb. Ümumilikdə 5 səfər qələbəsi qeydə alınıb ki, yalnız sonuncu qarşılaşmada 3 top vurmaq mümkün olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti