Millinin və "Neftçi"nin kapitanı siqnal alıb – İşıqlı günlər üçün

25 Noyabr 2022 20:00 Milli komanda 1 666
Millinin və "Neftçi"nin kapitanı siqnal alıb – İşıqlı günlər üçün

“Yoldaşlıq görüşlərində əldə etdiyimiz nəticələrə görə çox sevincliyik”.

Azərbaycan millisinin və “Neftçi”nin kapitanı Emin Mahmudov Sportinfo.az-a açıqlamasında yığmanın Moldova və Şimali Makedoniya üzərindəki qələbələrdən sonrakı durumu haqda danışıb.

30 yaşlı yarımmüdafiəçi təkcə qələbə qazandıqlarına görə yox, həm də yığmanın məzmunlu futbolla istəyinə çatdığına görə şaddır:

“Biri var təsadüfi qələbə, biri də var onu haqq etmək. Fikrimcə, hər iki oyunda özümüzü yaxşı tərəfdən göstərməyi bacardıq.

Fikir verdinizsə, vurulan qollar da düşünülmüş hücumların nəticəsi idi. İstər standart vəziyyətlər, istər cinah asmaları, istərsə də əks-hücumlar üzərində işləmişdik.

Bir sözlə, yaxşı futbolla uğurlu nəticələr qazandıq. Bunun qarşıdakı işıqlı günlər üçün siqnal olduğunu düşünürəm. Məqsədimiz tutduğumuz yolu bu cür davam etdirməkdir”.

Emin Mahmudov Azərbaycan millisinin formasını geyindiyi 36 qarşılaşmada rəqib qapılarına 9 dəfə yol tapıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"