"Qarabağ"ın aparıcı fiquru bir daha milliyə dəvət almayacaq – O, burada qaldığı müddətdə…

25 Noyabr 2022 11:40 Milli komanda 1 241
"Qarabağ"ın aparıcı fiquru bir daha milliyə dəvət almayacaq – O, burada qaldığı müddətdə…

«Qarabağ»ın dayaq yarımmüdafiəçisi Qara Qarayev millinin qarşıdakı təlim-məşq toplanışlarına çağırılmayacaq.

Sportinfo.az bu barədə məlumatı AFFA-dan əldə edib.

Redaksiyamıza verilən informasiyaya görə, Canni De Byazi adıçəkilən oyunçuyla bağlı fikrini dəyişməyib.

Baş məşqçi federasiya rəsmiləriylə söhbətində Qarayevin xidmətində maraqlı olmadığını, yəni, yaxın gələcəklə əlaqəli planlarında ona yer verməyəcəyini bildirib.

Bir sözlə, italyan çalışdırıcı gələn ilin martında start götürücək AVRO-2024-ün seçmə mərhələsində Ağdam klubunun aparıcı simasına şans tanımayacaq. 65 yaşlı mütəxəsis iddia edib ki, milli Qaranın yoxluğunda daha yaxşı təsir bağışlayır.

O, Eddi İsrafilovun zədədən dönəndən sonra bu mövqedə heç bir problemin qalmayacağını söyləyib.

De Byazi söyləyib ki, bəstəboy Qara hücumların qurulmasında iştirak edə bilmir, adətən, pasları arxa və yan istiqamətə verir.

Qarayev 3 aydır ölkənin əsas yığmasına çağırılmır. O, UEFA Millətlər Liqasının qrup mərhələsinin son 3 turunda iştirak etməyib. Həmçinin Moldova və Şimali Makedoniya ilə yoxlama görüşlərinə çağırılmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"