Azərbaycandakı italyan: “Getmək istədiyimi bilirdim"

24 Noyabr 2022 16:20 Milli komanda 517
Azərbaycandakı italyan: “Getmək istədiyimi bilirdim"

"Bu gün deyə bilərəm ki, qazandığım uğurlara görə İtaliyanı tərk etməyə dəyərdi".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi 15 ildir ölkəsi İtaliyadan kənarda çalışması və yaşaması barədə danışarkən deyib.

66 yaşlı mütəxəssis bildirib ki, nəyəsə nail olmaq fədakarlıq və bədəl tələb edir:

"Gəncliyimdən taleyim aydın oldu. Vətənimlə əlaqəm heç vaxt kəsilməyib, amma getmək istədiyimi də bilirdim".

Canni De Byazi 2020-ci ilin avqustundan Azərbaycan millisinə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər