De Byazi şərik çıxdı

24 Noyabr 2022 12:40 Milli komanda 456
De Byazi şərik çıxdı

Şimali Makedoniya üzərində qələbə Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin rəhbərliyi altına 7-ci qələbəsi olub.

Sportinfo.az xəbər verir ki, Skopyedəki 3:1 hesablı qalibiyyətə qədər yığmamız italiyalı ilə 6 dəfə sevinmişdi.

De Byazi xoşbəxt rəqəm sayılan “7”yə yubiley – 30-cu oyununda çatıb. O, bununla da Azərbaycan millisindəki qələbə sayında Vaqif Sadıqova şərik çıxıb.

Hər iki mütəxəssisin 7 qələbəsi olsa da, oyun sayı fərqlidir. Məşqçilər Komitəsinin sədri olan Sadıqov 33, de Byazi 30 qarşılaşmada buna nail olub.

İtaliyalı qələbə sayında yığma tarixinin ikinciliyinə şərik olub. De Byazi və Sadıqov yalnız Berti Foqtsdan geri qalır. Almaniyalı təkbaşına onların ikisinin birlikdə qazandığından çox qalibiyyətə şahid olsa da, oyun sayında da eyni hal yaşanır.

Ümumilikdə isə 13 baş məşqçi yığmamızda qalib gəlməyi bacarıb. Yaınız Ağasəlim Mircavadovla Qyoko Hacıyevskinin qələbəsi yoxdur.

Bir görüşdə baş məşqçi əvəzi olan Mahmud Qurbanlovla Nazim Süleymanov, həmçinin məşqçilər şurasının rəhbərliyi altında rəqibləri məğlub etmək mümkün olmayıb.

Millimiz 30 illik tarixində 56 qələbə qazanıb.

1. Berti Foqts - 15
2-3. Canni de Byazi – 7
Vaqif Sadıqov – 7
4. Robert Prosineçki – 6
5-6. Qurban Qurbanov – 4
Şahin Diniyev – 4
7-8. Ələkbər Məmmədov – 3
Kazbek Tuayev - 3
9-10. İqor Ponomaryov – 2
Karlos Alberto Torres – 2
11-13. Əhməd Ələsgərov – 1
Əsgər Abdullayev – 1
Nikola Yurçeviç – 1

Digər Xəbərlər
Xəbər Lenti