“Bu, hər zaman şirin və sevindirici olur, gələcəyə inamı artırır”

22 Noyabr 2022 23:40 Milli komanda 442
“Bu, hər zaman şirin və sevindirici olur, gələcəyə inamı artırır”

"İlk öncə qələbələr münasibəti ilə komandamızı təbrik edirəm".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin yoxlama görüşlərində Moldova və Şimali Makedoniya üzərindəki qələbələri (müvafiq olaraq 2:1 və 3:1) barədə danışan gənc mütəxəssis Emin İmaməliyev dilə gətirib.

Yığma komandanın sabiq üzvü komandamız haqqında müsbət fikirlər səsləndirib:

"Hər iki oyunda da millimizin yaxşı matçlar keçirdi. Həm Moldova, həm də Şimali Makedoniya yığması ilə oyunda üstün tərəf biz idik.

Çox sevindirici haldır ki, yığma ardıcıl 5-ci qələbəsin qazandı. Əlbəttə, hər qələbədən sonra futbolçularda inam, ruh yüksəkliyi daha da artır.

Qələbə hər zaman şirin, sevindirici olur və gələcəyə inamı artırmış olur".

O, son 5 oyundakı əla nəticələrin gələcək oyunlara da daşınmasına ümidini ifadə edib:

"İnanırıq ki, yığma gələcək oyunlarda da hazırkı performansı saxlamaqla qələbələrin sayını artırmış olacaq.

Hamımızın istəyi odur ki, əsas milli komanda hər oyunda qələbə qazanaraq bütün Azərbaycan futbolsevərlərini sevindirsin".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti