"Millinin futbolçuları ondan xoşlanmır, dəfələrlə acılayıb"

22 Noyabr 2022 09:40 Milli komanda 922
"Millinin futbolçuları ondan xoşlanmır, dəfələrlə acılayıb"

«Millinin əksər futbolçusu Canni De Byazini istəmir».

Bu sözlər Sportinfo.az-ın təsisçisi İlkin Vaqifoğluna məxsusdur.

O, ATV-də yayımlanan «Futbolumuz» verlişində yığma komandanın mövcud durumunu dəyərləndirib.

Moldova və Şimali Makedoniya ilə yoxlama görüşlərinin nəticələrinin aldadıcı ola biləcəyinə diqqət çəkən İ.Vaqifoğlu deyib ki, baş məşqçi ilə oyunçular arasında problem mövcuddur və bunun gələn ilin martında start götürəcək AVRO-2024-ün seçmə mərəhələ oyunlarına mənfi təsiri gözlənilir:

«Milli son beş oyunda qələbə qazanıb. Bu, yaxşı haldır. Lakin nəzərə alaq ki, udulan oyunlar rəqiblərimiz üçün heç bir ciddi əhəmiyyət daşımayıb.

Millətlər Liqasının son üç turu və bu yoldaşlıq görüşləri komandamızın əsl gücünü qiymətləndirmək mənasında ölçü vahidi ola bilməz.

Martdakı rəsmi oyunlar göstərəcək ki, De Byazi həqiqətən inkişafa nail olub, ya yox. Açığı, buna inanmaq çətindir. Çünki baş məşqçi futbolçuların gözündən düşüb.

De Byazi komandasında olanlarla münasibət qura bilməyib, onları dəfələrlə acılayıb. Futbolçular onu görməkdən xoşlanmırlar.

Bu komanda De Byazi olmadan meydana çıxsa, daha yaxşı nəticə qazanar».

Digər Xəbərlər
Xəbər Lenti