AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov U-21 millimizin ötən gün yoxlama matçında İsveçə 1:8 hesabı ilə uduzmasına münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, o, qol.az-a açıqlamasında belə nəticənin heç kimi qane etmədiyini deyib:
“Bu nəticələr heç kimi qane edə bilməz. Ancaq bir şeyi nəzərə almalıyıq ki, bu, yeni baş məşqçinin rəhbərliyi altında cəmi ikinci təlim-məşq toplanışıdır. Rəqiblər də çox güclü idi".
Onun gözlərinə görə, belə rəqiblər seçmək baş məşqçi Samir Əliyevin öz istəyindən irəli gəlirdi:
"O, istəyirdi ki, elə bu il komandadakı bütün boşluqları görsün. Hesab edirəm ki, Samir Əliyev və onun məşqçi heyəti bu oyunlardan dərs çıxaracaq və gələcəkdə tam fərqli milli komanda formalaşdırıb, hazırlaya biləcək”.

