Azərbaycan millisi Şimali Makedoniya üzərində tarixində ilk dəfə qələbə qazanıb.
Sportinfo.az xəbər verir ki, Skopyedə keçirilən yoldaşlıq görüşündə yığmamız rəqibini 3:1 hesabı ilə üstələyib.
Bununla komandamız 33-cü fərqli komanda üzərində qələbə sevinci yaşayıb. Əsas milli üz-üzə gəldiyi 71 komandadan 33-nü məğlub etməyi bacarıb.
Digər 38 rəqib komandamız üçün hələlik məğlubedilməzdir.

