Millinin gündəliyi - BEŞ

21 Noyabr 2022 09:40 Milli komanda 602
Millinin gündəliyi - BEŞ

Son beş oyun. Üçü rəsmi, ikisi yoxlama statuslu olmaqla.

Yekun: 5 qələbə.

Bu, Azərbaycan yığmasının əldə etdiyi nəticədir.

Millətlər Liqasının C Liqasının qrup mərhələsinin axır turlarını 3 xalla tamamlaması, ardınca Moldova və Şimali Makedoniya ilə səfər görüşlərinin müsbət göstəriciylə bitməsi, təbii ki, hər birimizi sevindirir/sevindirməlidir.

İşlər yoluna düşmüş kimi görünür. Dünən komandamız Skopyedə - o şıdırığı yağışın altında, bərbad meydançanın üstündə yaxşı təsir bağışladı.

Heç nədən erkən qol buraxdıq, amma ruhdan düşmədik. Halbuki referi Aleksey İsayevin rəqibinə qarşı kobudluq etdiyi qərarına gəldiyi epizodda «davam» işarəsi də verə bilərdi.

Demirəm, heç nə yox idi. Amma penalti nöqtəsini göstərməyə səbəb də o qədər böyük deyildi, keçmək olardı. Keçmədi, canı sağolsun.

Bizimkilər də keçmədi. Bütün şərtlərin onların əleyhinə işləməsinə rəğmən, futbolçularımız öncə Elvin Cəfərquliyevlə status-kvonu bərpa elədi, fasilədən bir qədər sonra isə Musa Qurbanlı künc zərbəsindən havalandırılan topu başla yaxın küncə fırlatdı.

Makedonlar gedişatın 180 dərəcə dəyişəcəyini güman eləmirdi. Qələbəni çox istəyirdilər.

Aqressiv idilər. Ona kimi düşüncələri tam fərqliydi: yüngül və yavaş gəzintinin asan qələbə gətirəcəyinə şübhə bəsləmirdilər.

Bu əminlik o qədər güclü idi ki, dəqiqələr ötdükcə, əsəbləri gərilirdi. Qırmızı vərəqə aldılar, yenə dayanmadılar, irəli gəldilər.

Top bir epizodda tirdən döndü, onlar yenə geri dönmədi. Höccət Haqverdinin meydandan atılmasını da buraxıram albaniyalı baş hakimin insafına.

Nə isə, meydandakı oyunçu sayının yenidən bərabərləşməsindən itirən tərəf biz olmadıq.

Ramil Şeydayev üçüncü qolu ev sahiblərinin qapısından keçirincə, Skopyedə stadiona toplaşan azsaylı azarkeşlər tamamən susdu.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti