Azərbaycan futbolunda 24 ildən sonra ilk dəfə…

21 Noyabr 2022 09:00 Milli komanda 947
Azərbaycan futbolunda 24 ildən sonra ilk dəfə…

Azərbaycan millisi tarixinin rekordunu təkrarlayıb.

Sportinfo.az xəbər verir ki, Canni de Byazinin yetirmələri Şimali Makedoniya ilə yoldaşlıq oyununda buna nail olub.

Komandamız Skopyedəki görüşdə 3:1 hesablı qələbə qazanıb ki, bu da 2022-ci ildə 5-ci uğur olub. Yığmamızın 30 illik tarixində bir təqvim ilindəki qələbə sayında rekord bununla təkrarlanıb.

Millimiz 1998-ci ili 5 qələbə ilə tamamlayıb. Komanda 24 ildən sonra eyni nəticəyə imza atıb.

1998-ci ildə 10 oyun keçirən yığmamız bu il də 10 dəfə meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti