"Azərbaycana məğlubiyyət bizim üçün əsl sillədir"

21 Noyabr 2022 00:50 Milli komanda 589
"Azərbaycana məğlubiyyət bizim üçün əsl sillədir"

Şimali Makedoniya yığmasının baş məşqçisi Blaqoya Milevski Azərbaycana qarşı Skopyedə keçirilən yoldaşlıq görüşü barədə danışıb.

Sportinfo.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi komandasının məğlubiyyətini (1:3) belə şərh edib:

"Rəqibi gözəl oyunu münasibətilə təbrik etmək istəyirəm. Finlandiya ilə matçda komandadan hardasa razı qalmışdım.

Bu gün isə yalnız birinci hissədə, qol buraxana qədər müsbət anlar yaşadıq. Düzünü desəm, bu məğlubiyyət bizim üçün əsl və ciddi sillədir.

Bunun yeganə yaxşı tərəfi odur ki, bu silləni indi aldıq. Komandada əsas futbolçuları əvəzləyəcək oyunçuların hələ də olmaması məni narahat edir.

Komandaya qoşulanların hamısı rəqabətədavamlı olmaq üçün təkmilləşməlidir. Problem bizdədir və biz bunu həll etməliyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti