"Bu matçda qələbə qazanacağımıza ümid edirəm".
Sportinfo.az xəbər verir ki, bunu Şimali Makedoniya yığmasının baş məşqçisi Blaqoya Milevski Azərbaycan komandasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis hər görüşdə qalibiyyət üçün oynadıqlarını bildirib:
"Sabah da belə olacaq. Rəqib bizi yaxşı analiz edib. Fərqli futbol sərgiləyirlər.
Son nəticələr Azərbaycan millisinin keyfiyyətli komanda olduğunu deməyə əsas verir. Onlar həm də aqressiv oynayırlar".
Baş məşqçi Ezcan Alioski və Boyan Miovskinin bu qarşılaşmada meydana çıxmayacağını söyləyib.
Noyabrın 20-də oynanılacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

