Şimali Makedoniya millisinin sabiq müdafiəçisi Slvako Georgiyevski Sportinfo.az-a açıqlama verib.
O, ilk öncə öz millisinin hazırkı durumu barədə söz açıb: "Hazırda Şimali Makedoniya millisində böhran yaşanır.
Komanda əvvəlki kimi oynamır. Son 4 oyunda qələbə qazana bilməyiblər. Amma Avropa çempionatından sonra ölkəmizdə milli komandadan böyük bir gözlənti var. Oyunçulara ümid böyükdür".
Hazırda məşqçi kimi futbol fəaliyyətin davam etdirən veteran yarımmüdafiəçi indiki durumda millimizin şanslarının yüksək olduğunu bildirib:
"Bizim millidən fərqli olaraq Azərbaycan son 4 görüşün hamısında qələbə qazanıb. Bu isə o deməkdir ki, rəqib indi daha yaxşı formadadır. Ona görə də Azərbaycan yığmasının real qələbə şansı var".
Slavko sonda "Azərbaycan millisində kimləri xüsusi fərqləndirərdin?" sualına cavabında Mahir Emreli və Bəhlul Mustafazadənin adını çəkib.
Şimali Makedoniyalı legioner ölkəmizdə "Neftçi" və "İnter"in (indiki "Şamaxı"ı) şərəfin qoruyub.
Şimali Makedoniya və Azərbaycan yığmaları arasındakı oyun isə sabah, saat 17:00-da start götürəcək.
XANOĞLAN

