Qurbanov gedib gördü ki...

19 Noyabr 2022 23:00 Milli komanda 1 338
Qurbanov gedib gördü ki...

Azərbaycan millisi sabah növbəti yoxlama görüşünə çıxacaq.

Rəqib Şimali Makedoniya yığmasıdır.

Millimizə kimi, iki gün əvvəl Şimali Makedoniya Finlandiyanı sınağa çəkdi.

Bərabərliklə (1:1) bitən qarşılaşmanı izləyənlər arasında Azərbaycan millisinin skautu İlqar Qurbanovun olduğunu daha əvvəl xəbər vermişdik.

Milli rəsmisi Sportinfo.az-a açıqlamasında məlum oyun və Canni De Byazinin yetirmələrinin sabahkı oyunda şansları barədə fiikirlərini açıqlayıb:

“Özüm üçün maraqlı olduğuna görə Şimali Makedoniya - Finlandiya oyununa getmişdim. Qonaqlar da son illər inkişafda olan millidir.

Şimail Makedoniyanın oyunçularının performansı da maraqlıydı. Gərgin oyun keçdi. Milevskinin yetirmələri fərdi olaraq çox güclü görünürdülər.

Düşünürəm ki, daha çox nəticə yox, zəif nöqtələrimizi görmək baxımından qarşıdakı matç millimiz üçün xeyrli ola bilər.

Demək olar ki, hər mövqedə fərdi göstəriciləri yüksək olan, hər an oyuna effekt qata bilən futbolçuları var.

Məsələn, son cinah müdafiəçisin nümunə çəkmək olar. Finlandiyaya qarşı görüşdə biranda cərimə meydançasındakı indivudal hərəkətlərindən sonra komandasına penal qazandırdı”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti