21 yaşadək futbolçulardan ibarət Macarıstan milli komandasının baş məşqçisi Zoltan Qera Azərbaycan yığması ilə keçirdikləri yoldaşlıq görüşünü şərh edib.
Sportinfo.az xəbər verir ki, 43 yaşlı mütəxəssis 3:0 hesablı qələbənin layiqli nəticənin layiqli nəticə olduğunu bildirib:
"Oyuna yaxşı başladıq. Görünürdü ki, futbolçular Azərbaycanla oyundan həzz aldılar.
Şanslar yaratdıq, lakin son zərbələrdə daha dəqiq ola bilərdik. Ötürmələrdə də səhvlərə yol verildi. Ümumi planda pis deyildik.
Layiqli qələbə qazandıq. Şadam ki, yeni oyunçuları sınaya bildik və komandamızı inkifaş etdirməyə davam edirik".

