"Casus" söhbəti: "Bu, son şansdır, azərbaycanlılar da bizi izləyir"

18 Noyabr 2022 14:20 Milli komanda 662
"Casus" söhbəti: "Bu, son şansdır, azərbaycanlılar da bizi izləyir"

Avstriya millisinin skautları Azərbaycanın oyununu izləyəcək.

Sportinfo.az "OE24"ə istinadən xəbər verir ki, bu barədə Avstriya yığmasının çalışdırıcısı Ralf Ranqnik bildirib.

Onun sözlərinə görə, millinin skautları AVRO-2024-ün seçmə mərhələsində rəqiblərinin qarşıdakı yoldaşlıq görüşlərini izləyəcəklər:

"Bu, qrupdakı rəqiblərimizi yenidən canlı görmək üçün son şansdır. Rəqiblərimiz İsveç, Estoniya və Azərbaycan da bizim yoldaşlıq görüşlərimizi izləyir".

Millimiz dünən Moldovaya 2:1 qalib gəlib. Noyabrın 20-də isə Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Şimali Makedoniya üz-üzə gələcək.

Azərbaycan millisi qrupda ilk oyununu 2023-cü il martın 24-də Avstriyada yerli milliyə qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti