Moldova millisinin baş məşqçisi Sergey Kleşenko Azərbaycanla yoldaşlıq görüşündən sonra komandasının məğlubiyyətini (1:2) şərh edib.
Sportinfo.az xəbər verir ki, moldovalı mütəxəssis yığmamıza uduzduqları görüş haqda bunları danışıb:
- Birinci hissə oyunumuz alınmadı, epizodlara daim gecikirdik və bütün mübahisəli toplara vaxtımız olmadı, çox mübarizəni uduzduq. İkinci hissədə dinamika baxımından oyun bir qədər dəyişdi. Bu mənada, ikinci hissədəki oyunumuzdan daha çox razıyam. Amma oyun iki hissədən ibarətdir. Təəssüf ki, Azərbaycan qalib gəldi, amma buna layiq idilər.
- Oyunun son dəqiqələrində komanda daha da fəallaşdı. Burada əvəzetmələr öz təsirini göstərdi, yoxsa psixoloji durum?
- Obyektiv olaq, Azərbaycan millisi də əvəzetmələr etdi və onların da özünü sübut etməli olan gənc futbolçuları var idi. Hiss etdik ki, oyun ikinci hissədə alınır, sürəti artırdıq. Üstəlik, unutmaq olmaz ki, meydana çıxanlar özlərini sübut etmək istəyən əsasən gənc futbolçular idi. Təbii ki, onların aşıb-daşan istəkləri oyunumuzun yaxşılaşmasına müsbət təsir göstərdi.

