Azərbaycan millisi dünən yoldaşlıq görüşü çərçivəsində Moldovanı məğlub etdi - 2:1.
"Şamaxı"nın sabiq baş məşqçisi Yunis Hüseynov yığmanın səfər qələbəsi ilə bağlı fikirlərini Sportinfo.az-la bölüşüb:
“Açığı, komandadan qələbə gözləyirdim. Qələbə də oldu. İlk növbədə komandanı təbrik edirəm.
Moldova elə güclü rəqib deyildi ki, başqa nəsə gözləyək. İlk hissədə yaxşı təsir bağışladıq.
Bunu həm də rəqibin bir qədər zəif çıxışı ilə bağlamaq olar. İkinic yarı nisbətən rəqib özünü göstərməyə çalışdı. Əsas olan sondakı nəticədir. Buna görə isə kollektivə təbrik düşür”.
57 yaşlı çalışdırıcı rəqibin zəif olması ilə bərabər futbolçularımzda olan istəyi də xüsusi vurğulayıb:
“Futbolçularımızda hazırda güclü istək görünür. Bu da ardıcıl qələbələrə görədir. Çünki qələbə qələbə gətirir.
Oyunçular meydana çıxanda o hissinən çıxırlar. Dünən həm də istəkdə millinin üzvləri rəqibdən seçilirdi.
Oyunçularımızın istədiyi çox şey meydanda alınırdı. Bu yaxşı haldır. Belədə uşaqlarda inam da artır.
XANOĞLAN / SPORTİNFO.AZ

