AFFA prezidenti millinin futbolçularının pulunu verə bilmir

17 Noyabr 2022 09:40 Milli komanda 1 685
AFFA prezidenti millinin futbolçularının pulunu verə bilmir

Azərbaycan yığması UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupunun son 2 matçında qazandığı qələbəyə görə hələ də mükafat almayıb.

Müvafiq olaraq Slovakiyaya 2:1, Qazaxsıtana 3:0 hesabıyla qalib gələn komandanın üzvləri iki aydır 20 min manat mükafatın ödənilməsini gözləyir.

Bununla bağlı futbolçularla AFFA rəhbərliyi arasında gərginliyin yaranması bizə məlumdur. Oyunçular onlara vəd edilən məbləğin ödənilməsi üçün dəfələrlə federasiyaya müraciət eləyib.

Qurum büdcədə vəsait çatışmazlığının olmasını əsas gətirib, hələlik həmin məbləği verməyə gücünün çatmadığını bildirib.

Problem SOCAR-ın diqqətindədir. Neft şirkəti baş sponsoru olduğu AFFA-ya bu məsələdə köməklik göstərməkdən imtina edib.

Diqqətə çatdırılıb ki, millinin mükafatını Rövnəq Abdullayev ödəməlidir, çünki federasiyanın prezidenti odur. Bu ilin əvvəlində SOCAR-ın rəhbərliyindən gedən R.Abdullayevin isə təqribən 600-650 min manat civarında olan mükafatı komandaya ödəmək iqtidarında deyil.

Hər halda futbolçuların narazılığı barədə məlumat ona çatdırılıb, lakin heç bir tədbir görülməyib. Ümumiyyətlə, Abdullayev SOCAR-dan gedəndən bəri AFFA-nın fəaliyyəti ilə əlaqəli işlərə demək olar reaksiya vermir.

Bura nə gəlir, nə də gedir. Proseslərə qarışmır. Pulla bağlı mövzulardan tamamən uzaqlaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti